Bakı Zooloji Parkının könüllülük proqramı davam edir

Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən seçimlər zamanı müraciət edən könüllülər Bakı Zooloji Parkında könüllü fəaliyyətinə cəlb olunacaq. Proqram çərçivəsində könüllülər Bakı Zooloji Parkına gələn xarici və yerli qonaqları qarşılamaq, istiqamətləndirmək və məlumatlandırmaq, zooloji parkda olan heyvanlara qarşı düzgün davranış qaydalarına riayət etmək və onlara nəvaziş göstərmək üçün əhalini maarifləndirmək sahəsində fəaliyyət göstərəcəklər. Bundan əlavə, könüllülər ümumilikdə vətəndaşlar arasında heyvanlara xüsusi diqqətin göstərilməsi və onların qorunmasının təbliğində mühüm rol oynayacaqlar. Nəzərinizə çatdıraq ki, könüllük fəaliyyəti 1 ay olmaqla davam edəcək. Proqramı uğurla başa çatdıran könüllülər sertifikat ilə təltif ediləcək. Qeydiyyat üçün son tarix: 6 may, Saat:15:00 Bakı Zooloji Parkının könüllülük proqramı davam edir oxumağa davam et

“Nəqliyyat Könüllüləri” proqramına yeni könüllülərin qəbuluna start verildi

Əziz könüllülər,💙 “Nəqliyyat Könüllüləri” proqramına yeni könüllülərin qəbuluna start verildi.😊 Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 01 aprel 2021-ci il tarixinədək konullu@bna.az elektron ünvanına göndərə bilərlər.📄 📌 Qeyd edək ki, “Nəqliyyat Könüllüləri”ni qarşıda maraqlı bir proqram gözləyir. 2 ay müddətində könüllülər xüsusi təlimlər və təqdimatlarla öz bilik və bacarıqlarını inkişaf etdirəcək, Agentliyin həyata keçirəcəyi müxtəlif sosial layihələrə, aksiyalara qatılacaq və tabeli qurumlarda təcrübə səfərlərinə yollanacaqlar.🤩Fəaliyyətlərini uğurla başa vurmuş könüllülərə proqramın sonunda sertifikatlar təqdim ediləcək. “Nəqliyyat Könüllüləri” proqramına yeni könüllülərin qəbuluna start verildi oxumağa davam et

“Gənc Könüllülər” Hərəkatına Bakı şəhəri üzrə könüllü qeydiyyatı

Gözlənilən an gəlib çatdı! 🤩 “Gənc Könüllülər” Hərəkatına Bakı şəhəri üzrə könüllü qeydiyyatı yenidən aktivdir.😎 Əgər sən də “Gənc Könüllülər” ailəsinə qoşulmaq, ölkəmizdə sürətlə inkişaf edən könüllülər hərəkatının bir parçası olmaq, müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək, asudə vaxtını əyləncəli və səmərəli keçirmək istəyirsənsə, elə indi qeydiyyatdan keç.😍 “Gənc Könüllülər” Hərəkatına Bakı şəhəri üzrə könüllü qeydiyyatı oxumağa davam et

“Könüllülüyün BİR açarı” adlı layihə

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “Könüllülüyün BİR açarı” adlı layihə keçiriləcək.🤩 Layihə onlayn olaraq “Zoom” və “Facebook” platformalarında təhsil müəssisələrinə uyğun olaraq formalaşdırılmış komandalar şəklində təşkil ediləcək. Onlayn kvest 10 gün davam edəcək. Onlayn kvest iştirakçılarını nələr gözləyir?😍 oyunla bağlı görüşlər; intellektual suallar; sertifikat və qalib komandanın iştirakçıları üçün hədiyyələr. Layihənin məqsədi tələbə-könüllülərin dünya görüşünün artırılması, intellektual düşünmə qabiliyətinin inkişaf etdirilməsi və komanda ilə işləmə bacarığının aşılanmasıdır. Sən də onlayn kvestin BİR parçası olaraq qalib olmaq istəyirsənsə, elə indi qeydiyyatdan keç! 📝Qeydiyyat üçün son tarix: 26 noyabr saat 18:00 ⏳Tədbirin keçiriləcəyi … “Könüllülüyün BİR açarı” adlı layihə oxumağa davam et

“BİR” Təcrübə Proqramı

Çağdaş Gənclər Portalı üzvləri bu xəbər sizin üçündür! Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə Proqramı oktyabr ayından etibarən 3 aylıq təcrübə proqramına start verir. Təcrübə proqramının məqsədi tələbə-könüllülərin bacarıqlarını təkmilləşdirilməsi, yeni biliklərə yiyələnmələri və təcrübə qazanmasına şərait yaratmaqdır. Təcrübə proqramında iştirak üçün aşağıdakı istiqamətlərdən biri üzrə müraciət edə bilərsiniz: Layihələrin idarə olunması; – Təhsil müəssisələri ilə işin təşkili; Regionlar ilə işin təşkili; – İctimaiyyətlə əlaqələr; Beynəlxalq əlaqələr. Təcrübə proqramına qoşulmaq üçün şərtlər: 18-25 yaş aralığında olmalı; tələbə-könüllü olmalı; komando ilə işləmə bacarığı; – yenilikçi və interaktiv olması; təşkilatçılıq və idarəetmə bacarığı; – işgüzar etiket haqqında məlumatlı olması; – xarici dil … “BİR” Təcrübə Proqramı oxumağa davam et

“İntellektual İnkişafa Dəstək” könüllüsü ol

İntellektual İnkişafa Dəstək (İİD) komandası gənc və hiperaktiv könüllü axtarışındadır. 🖥️Vakansiyalar: Mətbuat üzrə katiblik; Layihələrlə iş üzrə katiblik; İnsan resursları üzrə katiblik; Sosial iş üzrə katiblik. 📌Namizədə dair tələblər:• Məsuliyyətli və təşəbbüskar olmaq;• Vaxt ayıra bilmək;• Komanda ilə işləmə bacarığı;• Operativ və doğru qərar vermək;• Ünsiyyətcil olmaq. 📍Vəzifə öhdəlikləri:• Verilən tapşırıqların vaxtında yerinə yetirilməsi;• Yaranan problemləri cəld və operativ həll edilməsi. 🗣️Qeyd: könüllü proqramı ödənişsizdir. 📱Əlaqə nömrələri:070-260-52-42055-883-78-60 Qeydiyyat üçün link:https://forms.gle/1t5JR69r2ZaHrfrK6 Tag: #Çağdaş #Gənclər #Portalı Çağdaş Gənclər Portalı, Cagdas Gencler Portali, Azərbaycan Gəncləri, Azerbaycan gencleri, “İntellektual İnkişafa Dəstək” könüllüsü ol oxumağa davam et

Ruminiyada beynəlxalq könüllülük layihəsi

Ruminiyada beynəlxalq könüllülük layihəsi! Rumıniyada baş tutacaq 1 illik uzunmüddətli ESC (Avropa Həmrəylik Korpusu) layihəsinə iştirakçı 1 nəfər könüllü axtarılır! Layihənin tarixləri: ən qısa zamanda başlayır (1 illik) Layihənin yeri: Targu jiu bölgəsi (Gorj) Layihə haqqında ətraflı linkə daxil olub öyrənə bilərsiniz: https://cutt.ly/TfxQz2a Layihə müddətində yaşayış, cib, səyahət (yol biletləri), yemək və nəqliyyat xərcləri tam olaraq qarşılanır. Müraciət üçün: esc-bf@bfngo.az email ünvanına (ESC in Romania) başlığı ilə CV və motivasiya məktubuzu göndərməyiniz tələb edilir. Vacib qeyd: hər iki sənəd ingilis dilində olmalıdır Son müraciət tarixi: 20.09.2020 (saat 18:00-a qədər) Müraciət üçün kriteriyalar: 18-30 yaş Orta səviyyədə ingilis dili (ən azı) … Ruminiyada beynəlxalq könüllülük layihəsi oxumağa davam et

KitUPchi layihəsi yeni könüllülər qəbul edir!

​​Möhtəşəm! KitUPchi layihəsi (@kitupchi) yeni könüllülər qəbul edir! İnsanlara töhfə vermək istəyən, könüllülüyün doğrudan da könül işi olduğunu anlayan dostlarımız dəvətlidir! Öhdəliklər:🔹Hər gün kanalda ən az 5 elektron kitab paylaşmaqdır🔹Komanda ilə işləmə bacarığı olmalıdır🔹Mütləq şəkildə məsuliyyətli olmalı və hər gün kanala zaman ayırmalıdır🔹Layihənin yayılması və inkişaf etməsinə təkan verməlidir🔹 Könüllü olduğu zaman (1 ay) ümumi 150 elektron və səsli kitab paylaşmalıdır Könüllülük müddəti 1 aydır və sonda könüllülər sertifikat ilə təltif ediləcəklər. Qeyd: Könüllülük müddəti bitdikdən sonra öz istəyiniz ilə komandamız ilə birgə fəaliyyətə davam edə bilərsiniz. Uğurlar! Qeyd: Telegram kanalımıza daxil olmaq üçün bu yazıya daxil olun ✅Qeydiyyat üçün:https://cutt.ly/0dVS8TE KitUPchi layihəsi yeni könüllülər qəbul edir! oxumağa davam et

“Bayquş” könüllü axtarır

Möhtəşəm Könüllülük proqramı Salam hər birimizin artıq özümüzün Milli bilgi məqsədli sosyal şəbəkəmizin olasını istəyirik. Nə üçün biz Azərbaycan Dilində məlumatları xarici platformalardan əldə etməliyik? Bunun üçündə artıq biz bunu etdik. Dünyada hər bir ölkənin özünə aid bilgi platforması var. Niyə bizim olmasın? Nə üçün ərafımızdakı insanlar qaynağı bəlli olmayan xarici platformalardan istifadə edərək öz beyinlərini zəhərləsin?Nə üçün özümüzün və ailəmizin rahat girəcəyi bir internet platforması olmasın? Biz komanda olaraq bunu etdik. Özümüzə güvəndik və hərkəsin rahatlıqla girə biləcəyi bir bilgi və düşüncə platforması qurduq. Artıq xaricilərin çirkli və çirkablı sosyal medyasından uzaq duraq və öz MİLLİ BİLGİ VƏ DÜŞÜNCƏLƏRİN … “Bayquş” könüllü axtarır oxumağa davam et

“ONLİNE GUYS Volunteering” proqramı

Əziz Azərbaycanın Çağdaş Gəncləri bu xəbər elə, məhz sizin üçündür! Məlum vəziyyətdən səmərəli istifadə edərək bütün fəaliyyətini ONLİNE davam etdirən GUYS, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar olaraq imzaladığı sərəncamı rəhbər tutaraq “ONLİNE GUYS Volunteering” proqramı elan edir! Proqrama seçiləcək gənclər:-Peşəkar komanda ilə çalışacaq;-GUYS-ın departament və klublarında fəaliyyət göstərib təcrübə qazanacaq; Təşkilatçılıq bacarıqları yüksələcək;-Müəyyən sahələr üzrə masterklaslar keçəcəklər;-Sonda göstəriciləri yüksək olan gənclər GUYS-ın İdarə heyətinə cəlb ediləcək. Könüllülük proqramı 2 ay davam edəcək və proqramı uğurla başa vuran gənclər sertifikatla təltif olunacaqlar. Proqrama qoşulmaq üçün tələb olunan əsas meyarlar:-17-25 yaş … “ONLİNE GUYS Volunteering” proqramı oxumağa davam et

“İBSA Judo Grand-Prix 2020” yarışlarında #BİR olaq!

“İBSA Judo Grand-Prix 2020” yarışlarında #BİR olaq! 8-14 may tarixində keçiriləcək olan Beynəlxalq Paralimpiya yarışları üzrə “İBSA Judo Grand-Prix 2020” yarışlarında Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının xarici dil biliyi olan tələbə-könüllüləri dəstək verəcək  Könüllülərin fəaliyyəti 2 növbədə olacaq:I növbə – 09:00-13:00II növbə – 13:00-18:00 Sən də beynəlxalq tədbirin #BİR könüllüsü olmaq istəyirsənsə, qeydiyyatdan keç və bizə qoşul: İştirak edən tələbə-könüllülər sonda sertifikat ilə təltif olunacaqlar. https://konullu.edu.az/az/tedbir/ibsa-judo-grand-prix-2020.html?fbclid=IwAR3WgI6Du4X4dSS59SfdcqJRwiR-QiJ8NN83ntRhEcmJNizT86vUlYVqPgM “İBSA Judo Grand-Prix 2020” yarışlarında #BİR olaq! oxumağa davam et