Sərhədsiz Gələcək

Könüllülərin Fərdi İnkişaf Proqramı çərçivəsində sizin müxtəlif istiqamətlərdə inkişafınıza dəstək məqsədilə peşəkar mütəxəssislərin təqdimatında keçirilən təlim və seminarlarımız davam edir.✨ 📅 31 may saat 🕑 15:00-da Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Seymur Hüseynovun təqdimatında “Sərhədsiz gələcək” təlimi baş tutacaq. Təlimdə elm və texnologiya inkişafının yeni mərhələsinə qədəm qoymuş dördüncü sənaye inqilabını fərqləndirən əsas cəhətlər, perspektivlər, insan həyatına müsbət və mənfi təsirləri, dünyada yüksək texnoloji yeniliklərin tətbiqi və bu proseslərdə gənclərin rolu mövzularına toxunulacaq. Hər təşkilatdan 2-3 nəfər könüllü iştirak edə bilər.Könüllülər formada olmalıdırMəkan: Globus Center 13-cü mərtətəbə Sərhədsiz Gələcək oxumağa davam et

Qraffiti və fosfor art – Muzey günü 📌

Muzey günündə iştirakçılar rəssam Azər Məmmədli ilə birgə qraffiti, daha sonra fosfor strit-artını müstəqil şəkildə tətbiq etmək şansını qazanacaqlar. Tədbirdə iştirak tamamilə ödənişsiz və qeydiyyatsızdır, sadəcə qeyd olunan vaxtda gəlmək kifayət edir. ⏰Qraffiti art: 11:30 – 13:00⏰Fosfor art: 20:00 – 21:00◽️Yaş məhdudiyyəti yoxdur📍YARAT Mərkəzinin yaxınlığı Qraffiti və fosfor art – Muzey günü 📌 oxumağa davam et

GƏNCLƏRİN BİLMƏLİ OLDUĞU 7 ƏSAS BACARIQ

Gənclər biz özümüzü inkişaf etdirməliyik, uğur qazanmaq üçün özümüzü daha da  təkmilləşdirməliyik. Bəs necə?! Bunlar hamısı 7 bacarıqdadır. Bu xüsusiyyəti tətbiq edərək biz özümüzü inkişaf etdirərik həm sağlam bir ətraf toplayarıq həmdə karyeramızda inkişaf edərik. 1. Ünsiyyət bacarığı.                                                                                           Ünsiyyət- qarşılıqlı münasibət.Hər münasibətlərdə ünsiyyət əsas faktordur və bizi həyatda həmişə üstün edir. Ətrafımızı böyüdür, yeni insanlar tanıyırıq, həmin insanlarla qarşılıqlı bir-birimizə faydamız olur və hətta elə olur ki, həmin insanlar bizə refarans ola bilir. Onların sayəsində daha uğurlu lahiyələrdə iştirak edə bilərik. Yeni iş qazana bilərik. Karyeramızda məhz onların sayəsində yüksələ bilərik və həmçinin bizimdə onlara faydamız dəyə biləcək. 2.Yumşaq bacarıqlar.         … GƏNCLƏRİN BİLMƏLİ OLDUĞU 7 ƏSAS BACARIQ oxumağa davam et

İş həyatında xoşbəxtlik və uğur- konfrans

Türkiyənin tanınmış iş adamı Ataman Özbay Bakıda ”Mutluluk ve Başarı” adlı möhtəşəm Konferans keçirəcək ! 29 May tarixində Nizami Kino Mərkəzində səhər 10-da başlayacaq. İştirak limitlə və seçimlədir. İş həyatında Fərqli başlanğıc etmək, yeniliklər etmək, qarşımıza çıxacaq olan problemləri necə motivasiya ilə həll etməyi öyrənmək, daim müsbət enerji ilə iş həyatına baxmaq istəyənlər üçün nəzərdə tutulub. ✅ Kimlər iştirak edə bilər: Rəhbərlər, şirkətlərin Orta və Üst Managerləri, HR-lar, Professional iş həyatında yeni biliklərə sahib olmaq istəyənlər, yeni məzunlar və iş həyatına hazırlaşan hər kəs iştirak edə bilər. ▶️ Ataman Özbay kimdir ?50-dən çox markanın qurucusu olan, dünyada bir çox ilklərə … İş həyatında xoşbəxtlik və uğur- konfrans oxumağa davam et

PARTNERS & BUSINESS BAKU 2022

💸 PARTNERS & BUSINESS BAKU 2022 📢 Yerli məhsulların və xidmətlərin tanıdılması məqsədi ilə “Partners and Business” sərgisi və konfransı keçiriləcək. 🎯 Sərgidə aşağıdakı sahələrdə fəaliyyətdə olan yerli şirkətlər tərəfindən göstərilən xidmətlər, idxal, ixrac və istehsal olunan məhsullar nümayiş olunacaq: ✅ Sənaye ✅ Kənd təsərrüfatı ✅ Qida ✅ İnformasiya-Komunikasiya Texnologiyaları ✅ Təhsil ✅ İnşaat ✅ Logistika ✅ Tekstil və digər sahələrdə 👨🏻‍💼 Sərgidə 200-ə yaxın şirkətin və 10,000 ziyarətçinin iştirakı nəzərdə tutulur. 🎯 MƏQSƏD: ✅ Azərbaycan şirkətlərinin daha geniş tanıdılması ✅ Bazarlara çıxış imkanlarının genişləndirilməsi ✅ Yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi ✅ Yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır. 📆 16, … PARTNERS & BUSINESS BAKU 2022 oxumağa davam et

Peşənizi Sevərək Seçin!!

👷🏻‍♂️ PEŞƏLƏR FESTİVALI 📢 “Peşələr festivalı” düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaradan bir layihədir. 🤵‍♀ Festivalda bütün yaş qruplarından olan şəxslər iştirak edərək müvafiq peşələr haqqında məlumat ala biləcək. 👩🏻‍🌾 Azərbaycanın 10 bölgəsinə səyahət edərək 10 peşə haqqında maarifləndirici tədbirlər həyata keçiriləcək. 🥳 “Öyrən, Əylən, Peşəni seç” şüarı ilə yola çıxan layihəmiz iştirakçılara peşələr üzrə inkişaf yolunu tapmağa da kömək edəcəkdir. 👨🏻‍💻 Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağını öyrənmiş olacaqlar. 🎉 “Peşələr Festivalı” 10 şəhərdə baş tutacaq: ✅ Bakı✅ Sumqayıt✅ … Peşənizi Sevərək Seçin!! oxumağa davam et

İngilis dilini öyrənmək üçün 6 önəmli tövsiyə

İngilis dili dünyada ən çox istifadə olunan dillərdən biridir. Şəxsi və karyera inkişafınız üçün ingilis dilini öyrənmək artıq zərurət halına gəlmişdir. İngilis dilinin bu qədər aktual olduğu bir dönəmdə gəlin bu dili öyrənmək üçün bəzi tövsiyələrlə tanış olaq: 1.Ən sevdiyiniz şeyləri ingiliscə izləyin İstər film olsun, istər YouTube’da hər hansı video, çalışın izləyərkən ingilis dilinə üstünlük verəsiniz. İzlədiyiniz filmləri və videoları siz özünüz təyin etdiyiniz üçün bu sizə maraqlı gəlir və beləcə öyrənmə prosesində sıxılmırsınız. Onları altyazılı izləməyə üstünlük verin, çünki bu halda beyninizin yeni sözləri öyrənmə qabiliyyəti də sürətlənir. 2.İngilisdilli mahnılar dinləyin Musiqi dinləmək bir çox insan üçün əyləncəli … İngilis dilini öyrənmək üçün 6 önəmli tövsiyə oxumağa davam et

Fərdi inkişafda inqilab ol !!!

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi, Modern Azərbaycan Yeniliklər və Təcrübələr qrupu, “Grandiose Notion Groups GNG” MMC və Sumqayıt Gənclər Klubunun birgə təşkilatçılığı ilə gənclərin fərdi inkişafına dəstək və asudə vaxtın səmərəli təşkili məqsədi ilə “Fərdi İnkişafda İnqilab” adlı forum keçiriləcək.Forumun qonaqları: Könül Quliyeva Safavy.org onlayn təhsil platformasının Həmtəsisçisi və Direktoru, UNEC karyera planlaması və yumşaq bacarıqlar fənni müəlliməsi, Natiqlik, Ünsiyyət Bacarıqları üzrə sərbəst təlimçi Dr. Nəcəf Allahverdiyev “KarnegiKlub”un rəhbəri, NLP-Master, əfsanəvi “Xarizmatik Natiq” Treninqinin təlimçisi, Coach. Bəhmən Qüdsi Bakı Mühəndislik Universitetinin Riyaziyyat İnformatika kafedrasının Baş müəllimiForumun mövzuları:✅Lidersənsə, inan və inandır✅Özünü ifadə problemi və natiqlik✅Qeyri formal təhsil imkanları. Gənclərin … Fərdi inkişafda inqilab ol !!! oxumağa davam et

BAKIDA AVROPA ŞƏHƏRCİYİ!

Bakıda Avropa İttifaqı ölkələrini daha yaxından tanıyacağınız “Avropa Şəhərciyi” açılacaq. Açılış mərasimində dövlət rəsmiləri, Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirləri iştirak edəcəklər. Əvvəlcə əyləncəli sərgi keçiriləcək, daha sonra axşam konserti təşkil ediləcək. Burada Avropa İttifaqına üzv ölkələri tanımaqla yanaşı, maraqlı oyunlara qoşulub əylənə biləcəksiniz. 📆 14 may⏰ Əyləncəli sərgi – 11:00-17:00⏰ Axşam konserti – 18:00 – 21:00 📍 Dənizkənarı Bulvar (Panoram karuselin qarşısı) BAKIDA AVROPA ŞƏHƏRCİYİ! oxumağa davam et

Startap & Sahibkarlıq Forumu

Hörmətli izləyicilər, “Develop with aiesec” tədbirinin yeni buraxılışını elan etmək istərdik.Çoxlu ideyalarınız var, lakin onları necə həyata keçirəcəyinizi bilmirsiniz? Yoxsa biznes sahibi olmaq istəyirsiniz, amma hansı addımları atacağınızın fərqində deyilsiniz? Bu suallara cavab tapmaq istəyirsinizsə, hər biriniz “Startap & Sahibkarlıq Forum” adlı yeni tədbirimizə dəvətlisiniz.Tədbir zamanı iştirakçılar “coffee break”-dən yararlanacaq və tədbirin sonunda hər bir iştirakçıya *sertifikat* təqdim olunacaq.Forum aşağıda qeyd edilmiş tarix və məkanda olacaqdır: 🗓Tarix:14 may, 11:30 📍Məkan:Azərbaycan-Fransız Universiteti Siz də işinin peşəkarları olan spikerlərimizin təcrübələrindən yararlanmaq istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin.😊📍 Startap & Sahibkarlıq Forumu oxumağa davam et

“FərqliSƏN” forumu baş tutacaq

Sumqayıt Gənclər Klubu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin birgə təşkilatçılığı ilə gənclərin fərdi inkişafına dəstək və asudə vaxtın səmərəli təşkili məqsədi ilə “FərqliSƏN” adlı forum keçiriləcək.Forumun qonaqları: Hədəf Şirkətlər Qrupunun Qurucu Direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının Sədri Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Whelp Inc və SmilePay LLC – CEO Seymur Rəsulov Azərbaycan İnsan Resursları Assosiasiyasının idarə heyətinin üzvü İlkin Məcidov Beyinix – Sosial araşdırma və təlim agentliyinin təsisçisi, Sosial araşdırmaçı və Təlimçi Orxan ŞahbazForumun mövzuları:✅İnsan mühəndisliyi✅Start-up layihələrin hazırlanması və təqdimatları✅İş mesahibələrində davranış qaydaları✅Beynimiz necə çalışır? Davranışımızın sosial-psixoloji tərəfləri📅Tarix: 22.05.2022🕣Saat: 15:00📍Məkan: … “FərqliSƏN” forumu baş tutacaq oxumağa davam et

KODQARABAĞ-a hazırsınız?!

Əziz gənclər💜 “Böyük Qayıdış” Gənclər Təşkilatı bu dəfə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “#KodQarabağ” məntiqi-intellektual komanda oyunu ilə qarşınızdadır! 🤩 Əgər siz də öz intellekt və məntiqinizə güvənərək qalibiyyət sevinci yaşamaq istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin! Müraciəti müsbət dəyərləndirilmiş gənclər komandalar şəklində oyunda iştirak edəcəklər. 🗓 Tarix: 9 may 2022-ci il, saat 15:00❗ Qeydiyyat üçün son tarix: 08.05.2022, saat 20:00 KODQARABAĞ-a hazırsınız?! oxumağa davam et

“Atəşgah Akademiya”da ödənişsiz praktiki satış təlimləri davam edir!

“Atəşgah Akademiya”da ödənişsiz praktiki satış təlimləri davam edir! 1 həftə davam edəcək təlimlərdə iştirak et, satış incəliklərini öyrən, yüksək gəlir əldə etmək imkanı qazan! İş təcrübəsi və Ali təhsil tələb olunmur. Tələbələr, sahibkarlar, əlavə iş axtaranlarda müraciət edə bilər. Siz burada nə əldə edəcəksiniz: -Uğurlu karyera qurmaq, və sığorta sahəsində real iş imkanına malik olmaq; -Peşəkar iş mühitində çalışmaq -Satış bilikləri; Biznes əlaqələr və biznesin idarə edilməsi; Sığorta fəaliyyətinin əsasları; – Natiqlik və təqdimat bacarıqları; Kommunikasiya bacarıqları; -Ödənişsiz təlimlər; Yüksək gəlir əldə etmə və İşlə təmin olunma imkani; -Proqramın sonunda hər bir iştirakçı Fəxri Fərman ilə təltif olunacaq. Proqramda iştirak … “Atəşgah Akademiya”da ödənişsiz praktiki satış təlimləri davam edir! oxumağa davam et

Bakı Zooloji Parkının könüllülük proqramı davam edir

Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilən seçimlər zamanı müraciət edən könüllülər Bakı Zooloji Parkında könüllü fəaliyyətinə cəlb olunacaq. Proqram çərçivəsində könüllülər Bakı Zooloji Parkına gələn xarici və yerli qonaqları qarşılamaq, istiqamətləndirmək və məlumatlandırmaq, zooloji parkda olan heyvanlara qarşı düzgün davranış qaydalarına riayət etmək və onlara nəvaziş göstərmək üçün əhalini maarifləndirmək sahəsində fəaliyyət göstərəcəklər. Bundan əlavə, könüllülər ümumilikdə vətəndaşlar arasında heyvanlara xüsusi diqqətin göstərilməsi və onların qorunmasının təbliğində mühüm rol oynayacaqlar. Nəzərinizə çatdıraq ki, könüllük fəaliyyəti 1 ay olmaqla davam edəcək. Proqramı uğurla başa çatdıran könüllülər sertifikat ilə təltif ediləcək. Qeydiyyat üçün son tarix: 6 may, Saat:15:00 Bakı Zooloji Parkının könüllülük proqramı davam edir oxumağa davam et

Gəncləri “MÜBARİZƏM” forumuna dəvət edirik

♦️ Əziz dostlar !!!Hər birinizi Bookavid.com veb şirkəti və Sumqayıt Gənclər Klubunun təşkilatçılığı ilə həyata keçirilən “MÜBARİZƏM” formuna dəvət edirik.🤩 👥 Formun dəyərli qonaqları:🔹 Sənan Nəcəfov🔸 Bəhman Qüdsi🔹 Nərgiz Süleymanlı 🕊 Forum ödənişsizdir və xərçəng xəstəliyindən əziyyət çəkən Sənəmə həsr olunur. 💙 📆 Tarix: 11.03.2021⏰ Saat: 20:00🌐 Məkan: Zoom Gəncləri “MÜBARİZƏM” forumuna dəvət edirik oxumağa davam et

“Avstraliyada təhsil” vebinarı!

🇦🇺Avstraliyada təhsil vebinarı! Hoffman Co növbəti xaricdə təhsil vebinarı ilə qarşınızdadır. Bu dəfə ki qonağımız Ümid Ağazadədir. 🔰Mövzu: Avstraliyada təhsil olacaq. Ümid Ağazadə Qafqaz Universiteti, Maliyyə (Bakalavr) və Torrens University (Australia), Mühasibat uçotu və audit üzrə Magistr dərəcəsi almışdır. Bakalavr oxuyarkən ilk öncə Azərpoçt Bankda əməliyyatçı, daha sonra Azərpoçt MMC-nin 1 saylı şöbəsində, daha sonra isə baş ofisində mühasib olaraq çalışmışdır. –Tarix: 20 fevral–Saat: 17:00 🔶️Vebinar zoom proqramı üzərindən keçiriləcəkdir və ödənişsizdir. “Avstraliyada təhsil” vebinarı! oxumağa davam et

Kapital bankda #işvar

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Korporativ Kreditlərinin Təhlili Şöbəsinin Mütəxəssis/Aparıcı/Baş Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər • Koporativ müştərilərin maliyyə və biznes təhlilini həyata keçirmək;• Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətindəki dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirmək;• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək; Tələblər • Ali təhsil; (İqtisadi, maliyyə və ya … Kapital bankda #işvar oxumağa davam et

Ödənişsiz “Effektiv Sosial Media idarəsi” vebinarı

➡️ “Effektiv Sosial Media idarəsi” vebinarı. Digital Marketinq sahəsində işləyən və bu sahədə karyera qurub irəliləmək istəyən hər kəs üçündür bu vebinar. –Spiker: Saruhan Oğuzhan Türkiyənin ən böyük xəbər platformaları haberler.com və on ildir sondakika.com’da Dijital media rəhbərliyi ilə məşğul olan Oğuzhan Saruhan, Türkiyənin böyük markalarına sosial media təlimləri vermişdir. Oğuzhan Saruhan’ın son 2018-ci ildə nəşr olunan “Sosial Media Canavarı Olmaq İstəyirsiniz?” kitabı, kateqoriyasında ən çox satılanlar arasında yer aldı. Saruhan Oğuzhan  ikinci kitabı ‘Digital Çağda Yaşamağın 10 Qaydası’ 2020-ci ildə nəşr olundu. Oğuzhan Saruhan RedBull, Uğur Məktəbləri, HaberGlobal Telvizyonu, Haberler.Com və ayrıca LÖSEV, Yaşıl Aypara, Gençpa Texnologiya, Bahçeşehir Kolleci … Ödənişsiz “Effektiv Sosial Media idarəsi” vebinarı oxumağa davam et